Nasimi Festival – Data Processing Center of the Ministry of Communications and High Technologies

Description


Nəsimi Şeir, Sənət və Mənəviyyat Festivalı 2018-ci ilin sentyabrında həyata gədəm qoyur.

İmadəddin Nəsimi (1369-1417) – böyük Azərbaycan şairi və mütəfəkkiri, anadilli azərbaycan poeziyasının banilərindən biridir. O, Azərbaycan dilində ilk divanlar (şeir topluları) yazmaqla, türkdilli Azərbaycan ədəbiyyatını farsdilli və ərəbdilli poeziyanın səviyyəsinə qaldırmış, azərbaycan dilini klassik Şərq poeziyasının əsas dillərindən birinə çevirmişdir. Bununla belə, Nəsiminin yaradıcılığı tək Azərbaycan üçün önəmli deyil: Nəsimi, XIV-XV əsrlərin ən böyük türkdilli mistik şairi və türk xalqlarının tarixində ilk türkdilli divan ustalarından biri sayılır. O, ərəb və fars dillərində də çoxlu şeirlərin müəllifidir. Nəsimi sufiliyin hürufi qolununu fəlsəfəsini təbliğ edən lirik və mistik seirlərin müəllifidir. Onun poeziyasınin əsas mövzuları: İnsan, Kainat, Məhəbbət və İlahidir. Nəsimi yaradıcılığı sufi-hürufi fəlsəfəsini məcazi mənada və allegorik formada təbliğ etməklə, insanın dünya və kainatla vəhdətini göstərir, ruhun kamilləşməsinə aparan yolları izah edir. Şair əsərlərində ilahi məhəbbətdən ilham alaraq, özünü və ilahini dərk etmiş və ruhən yüksəlmiş Bəşər övladını tərənnüm edir. 2017-ci ildə şairin 600-illik ildönümü YUNЕSKО-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində rəsmi olaraq qeyd edilmişdir.